Müdafiə Nazirliyindən cəbhədəki atışmaya münasibət
04 iyun 2013 15:47 (UTC +04:00)

Müdafiə Nazirliyindən cəbhədəki atışmaya münasibət

Eldar Sabiroğlu: “Azərbaycan tərəfdən itki və yaralı olmayıb”


 

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin Kəlbəcər rayonu istiqamətində baş verən insident barədə erməni mətbuatının yaydığı məlumatlara münasibət bildirib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavabında bildirib ki, insident zamanı Azərbaycanın tərəfdən itki və yaralı olmayıb, Ermənistan mətbuatının bu barədə yaydığı məlumatlar yalandır.

 

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin Kəlbəcər rayonu istiqamətində ermənilərin mövqelərinə hücum etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, döyüşlərdən sonra Azərbaycan hərbçiləri öz mövqelərinə çəkilib, itki barədə məlumat yoxdur.

 

Qeyd olunub ki, atışma zamanı erməni tərəfdən bir neçə hərbçi yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan hazırda ön xətdə vəziyyətin nəzarət altında olduğunu bildirib.

 

Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən isə APA-ya bildirilib ki, son bir neçə gündə Qarabağ cəbhəsində ermənilərin ön xəttə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirməsi müşahidə olunur. Eyni zamanda qarşı tərəf mühəndis istehkam maneələrini gücləndirir, mövqelərində möhkəmləndirmə işləri aparır.

# 968
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20