Mövqelərimiz atəşə tutulub
25 sentyabr 2013 09:40 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də silahlı qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

# 424
avatar

Oxşar yazılar