Monitorinq keçiriləcək
18 oktyabr 2013 09:43 (UTC +04:00)

Monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 19-da Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan tərəfdə ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Evqeniy Sarov, İrji Aberle və Piter Svidberq olacaqlar.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar