
Meşədə narkotik əkən ələ keçdi
İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalıncaq kənd sakini, 58 yaşlı Şahin Seyidov saxlanılıb. Ətrafında aparılan araşdırma zamanı Ş.Seyidovun Qalıncaq kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 750 ədəd çətənə bitkisi və 4kq 680 qr qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
Oxşar yazılar

İtkin düşən kişinin meyiti kanaldan tapıldı-VİDEO
8 iyun 2025 , 17:46
Ağstafada bir ailənin faciəsi -Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...
8 iyun 2025 , 17:21
Qaxda zəncirvarı qəza - Xəsarət alanlar var-YENİLƏNİB
8 iyun 2025 , 16:03
Qurban kəsərkən infarkt keçirən polis zabiti öldü
8 iyun 2025 , 15:37
Həkim maşınla Bakıdan rayona gələn yeniyetməni vurdu-YENİLƏNİB
8 iyun 2025 , 14:15
Avtomobil ata və oğlunu vurdu - Azyaşlının vəziyyəti ağırdır
8 iyun 2025 , 14:08
Cəlilabadda avtomobillər toqquşdu - Xəsarət alan var -VİDEO
8 iyun 2025 , 12:47