Mənzildə köməksiz qalmış 8 yaşlı uşaq xilas edilib
27 sentyabr 2013 03:10 (UTC +04:00)

Mənzildə köməksiz qalmış 8 yaşlı uşaq xilas edilib

Bakıda köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsi bina 32 mənzil 32 ünvanında  uşağın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə  yerinə çıxıb.

 

Hadisə  yerində  əməliyyat  şəraiti  qiymətləndirilərkən  məlum  olub  ki,  mənzilin qapısının təsadüfən kilidlənməsi nəticəsində 2005-ci il təvəllüdlü Qasımova Aydan Kənan qızı bağlı qapı arxasında köməksiz və kimsəsiz vəziyyətdə qalıb. Uşağın bağlı qapı arxasından xilas edilməsi üçün valideynləri 112 Xidmətinə  müraciət  edib.

 

Xilasedicilər 10 mərtəbəli yaşayış binasının xüsusi alət və avadanlıqlar vasitəsilə  10-cu mərtəbəsində yerləşən mənzilə  giriş qapısını açaraq daxil olub.

 

Mənzilə baxış keçirərkən  köməksiz vəziyyətdə aşkar olunan uşaq bağlı qapı arxasından xilas edilərək valideynlərinə  təhvil  verilib. 

# 742
avatar

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21