Məktəbin həyətində yanğın olub
21 fevral 2014 10:37 (UTC +04:00)

Məktəbin həyətində yanğın olub

0

Sabirabad rayonunda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Hacıbəbir kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan taxta və qamışdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 561

Oxşar yazılar