Lənkəranda stadiona bomba qoyulması xəbəri yalan çıxdı
06 dekabr 2013 13:39 (UTC +04:00)

Lənkəranda stadiona bomba qoyulması xəbəri yalan çıxdı

Azərbaycanda stadiona bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.


 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in «102» Zəng Mərkəzinə telefon açaraq “stadiona bomba qoyulub, partlayacaq” deyərək dəstəyi asıb.

 

Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

 

Araşdırmalarla yalan məlumatın Lənkəran şəhər sakini Alim Novruzov tərəfindən verilməsi müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar