Kəmaləddin Heydərov Qaxa gedib
13 sentyabr 2013 11:46 (UTC +04:00)

Kəmaləddin Heydərov Qaxa gedib

Qax rayonunun Güllük kəndində zəlzələ nəticəsində yararsız vəziyyətə düşən orta məktəbin yenidən inşa olunmuş binasının açılışı olub.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, açılışda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Açılış mərasimində qeyd olunub ki, bu, Qax rayonunda zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə yenidən tikilən 10-cu məktəb binasıdır.

Nazir zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıb. Bölgədə zəlzələ nəticəsində dağılan onlarla yeni məktəb binası, minlərlə evin yenidən qurularaq istifadəyə verildiyi açıqlanıb.

K. Heydərov məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda müasir avadanlıqlarla təchiz olunan 300 yerlik məktəb binasına baxış keçirilib.

Fövqəladə hallar naziri Qaxdan Zaqatala rayonuna yola düşüb.

K. Heydərov bu gün rayonun Suvagil və Çobankol kəndlərində zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə yenidən tikilən orta məktəb binalarının açılışında iştirak edəcək, daha sonra Zaqatalada vətəndaşların qəbulunu keçirəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Oxşar yazılar