İslam Partiyasının sədr müavini azadlığa çıxıb
04 may 2013 14:33 (UTC +04:00)

İslam Partiyasının sədr müavini azadlığa çıxıb

 

Həbs müddəti başa çatan İslam Partiyasının sədr müavini Arif Qəniyev mayın 4-də azadlığa buraxılıb. Lent.az-ın məlumatına görə, bu barədə "Azadlıq" radiosuna İslam Partiyasından Natiq Kərimov  bildirib.

2011-ci ilin avqustunda həbs olunan Arif Qəniyev Cinayət Məcəlləsinin qanunsuz odlu silah və narkotik maddə əldə etmə, saxlama maddələri ilə ittiham olunub.

İl yarım azadlıqdan məhrum edilən partiya üzvü  2012-ci il iyunun 6-da Şirvan şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Amma Respublika Prokurorluğunun Şirvan məhkəməsinin qərarından verdiyi şikayətdən sonra o, avqust ayında yenidən həbs olunub.

# 472
avatar

Oxşar yazılar