Həbsdə saxlanılan İran vətəndaşı azadlığa buraxılıb - YENİLƏNİB
30 noyabr 2013 13:06 (UTC +04:00)

Həbsdə saxlanılan İran vətəndaşı azadlığa buraxılıb - YENİLƏNİB

Azərbaycanda saxlanılan İran vətəndaşı Həsən Fərəci azadlığa buraxılıb.

 

İranın Azərbaycandakı səfirliyin konsulluq şöbəsindən APA-ya verilən məlumata görə, həmin şəxs cümə günü səhər azad edilib. H. Fərəci Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana keçmək istəsə də, viza ilə bağlı problemləri olduğundan vətənə qayıda bilməyib və müvafiq sənədləri almaq üçün Lənkərana göndərilib.

 

Konsulluqda əlavə ediblər ki, H. Fərəci viza və qeydiyyat məsələlərini həll etmək üçün Bakıya gəlməli olsa da, şöbənin işçiləri bu gün səhər saatlarından onunla əlaqə saxlaya bilməyiblər.

 

Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci saat 19:30 radələrində İzmir küçəsi, 1033-cü məhəllə ünvanında yerləşən İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Vüsal Ağamalı oğlu Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Hazırda H.Fərəcinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı

Laçında ağır qəza, 3 ölü, 1 yaralı

26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar  tam söndürüldü

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

26 iyul 2025 , 20:17
Əkin sahələrini yandıranlar  saxlanıldı

Əkin sahələrini yandıranlar saxlanıldı

26 iyul 2025 , 20:11