Goranboyda su davası
12 iyul 2013 20:40 (UTC +04:00)

Goranboyda su davası

Goranboyda suvarma suyu üstündə dava düşüb, nəticədə bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Goranboy rayon Polis Şöbəsinin müstəntiqi Həsən İsmayılovun APA-nın  qərb bürosuna verdiyi məlumata görə, hadisə rayonun Şıxlar kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Məmmədovla həmkəndliləri - 1991-ci il təvəllüdlü Pərviz və 1994-cü il təvəllüdlü Sərxan Qasımov qardaşları arasında suvarma suyunun bölüşdürülməsi üstündə mübahisə düşüb. Müstəntiqin dediyinə görə, mübahisədən sonra qardaşlardan Sərxan Qasımov “VAZ-2106” markalı avtomobillə Elşən Məmmədovu vurub və o, ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralının səhhətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisədə iştirak edən Sərxan və Pərviz qardaşları dindirilib, qəzada iştirak edən avtomobil Polis Şöbəsinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989
avatar

Oxşar yazılar

Sabirabadda iki qardaş  saxlanıldı

Sabirabadda iki qardaş saxlanıldı

29 iyun 2024 , 09:51
Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

29 iyun 2024 , 08:18
Pirsaat anbarında suyun səviyyəsi kritik həddə  çatdı

Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı

28 iyun 2024 , 21:21
BELƏSİ OLMAMIŞDI:  Qoz ağacından məftillə özünü asdı

BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı

28 iyun 2024 , 19:48
Rusiyada polis bu azərbaycanlın ı axtarır

Rusiyada polis bu azərbaycanlını axtarır

28 iyun 2024 , 19:13
Yasamalda KÜTLƏVİ HƏBSLƏR

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

28 iyun 2024 , 16:33
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

28 iyun 2024 , 16:19
İnterpoldan ƏMƏLİYYAT:  Azərbaycanlı tutuldu

İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu

28 iyun 2024 , 16:09