Goranboy rayonunda mağazadan maraqlı oğurluq hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərinin Azərbaycan küçəsində olub. Şəhər sakini Mövlan Niftalıyev səhər mağazaya gələndə dükanın qapısının açıq olduğunu görüb. İçəri girən dükan sahibi həmyerlisi və qonşusu olan Mahir Rzayevin mağazanın döşəməsi üzərində yatdığını görüb. Mağaza sahibinin sözlərinə görə, qonşusu dükana daxil olandan sonra burada spirtli içki qəbul edərək yatıb qalıb. Mövlan Niftəliyev qapını bağlayaraq qonşuları və yaxınlıqda olan polis əməkdaşlarını köməyə çağırmağa gedib. Səsi eşidən Mahir Rzayev qaçmağa cəhd göstərsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Oğurluq edən şəxs dükanda olan bir çox ərzaq məhsullarını yerə dağıdıb. Mağaza sahibin bildirdiyinə görə Mahir Rzayev ona 150 manat pul borclu imiş. Dükan sahibi Mövlud Niftalıyev qeyd edib ki, hadisə zamanı 1500 manat dəyərində ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00