Gəncədə maşın 6 yaşlı uşağı vuraraq öldürüb
16 iyul 2014 20:25 (UTC +04:00)

Gəncədə maşın 6 yaşlı uşağı vuraraq öldürüb

Gəncədə 6 yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Nəriman Nərimanov prospektində baş verib. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Fərman Abdullayev “VAZ 2107” markalı avtomobillə prospektlə hərəkətdə olarkən, qəfildən yola qaçan 2008-ci il təvəllüdlü Şəmil Rəşad oğlu Həsənovu vurub.

 

Uşaq  Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar