Gecə ay tutulması olacaq
18 oktyabr 2013 11:44 (UTC +04:00)

Gecə ay tutulması olacaq

Bu gecə 2013-cü ilin üçüncü qismən ay tutulması baş verəcək.

 

 

Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

 

Ay tutulması bu gecə Bakı vaxtı ilə saat 02.51-də başlayacaq və saat 6.48-də başa çatacaq. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə olunacaq.

 

Qeyd edək ki, ilin ilk qismən ay tutulması aprelin 26-da, ikinci ay tutulması isə mayın 25-də olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035

Oxşar yazılar