FHN qatardakı yanğınla bağlı məlumat yaydı
03 aprel 2014 12:02 (UTC +04:00)

FHN qatardakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakı-Hacıqabul dəmir yolu xətinin 90-cı kilometrliyində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonu ərazisində Gürcüstan-Bakı istiqamətində hərəkət edən 53 ədəd vaqondan ibarət yük qatarının 4 vaqonunun içərisində olan yük və dəmir yol xəttində 20 ədəd şpal yanıb.

 

Digər vaqonlar və dəmir yol xəttinin kommunikasiyaları yanğından mühafizə olunub. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar