FHN "Qızılağac"dakı yanğınla bağlı məlumat yayıb
20 oktyabr 2013 04:21 (UTC +04:00)

FHN "Qızılağac"dakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) "Qızılağac" Dövlət Qoruğunda oktyabrın 19-da baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Neftçala, Masallı və Lənkəran rayonu ərazilərində yerləşən "Qızılağac" Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın nəticəsində, 50 ha sahədə quru ot, kol-kos və qamışlıq sahə yanıb.

 

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar