Fatih Terim “Qalatasaray”a “yox” dedi
24 sentyabr 2013 13:53 (UTC +04:00)

Fatih Terim “Qalatasaray”a “yox” dedi

“24 saat, ya da 48 saat ərzində bir qərar verəcəyik”

 

Fatih Terim “Qalatasaray” komandası ilə müqavilənin müddətini uzatmağı qəbul etməyib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün “Qalatasaray” klubunun prezidenti Ünal Aysal söyləyib.

Ünal Aysal deyib ki, “Antalyaspor” matçından sonra Fatih Terimə “Qalatasaray” ilə müqaviləsinin 2 il müddətinə uzadılması barədə təklif ünvanlanıb. Ancaq Fatih Terim bununla razılaşmayıb, hər il müqavilənin müddətinin 1 il uzadıldığı təqdirdə bu dəfə müqavilənin müddətinin 2 il uzadılması təklifinin anlaşılmaz olduğunu bildirib.

Ünal Aysal Fatih Terimin milli komandanın baş məşqçisi vəzifəsini qəbul etməsindən sonra bir problem yarandığını vurğulayıb: “Klubun rəhbərliyindəki şəxslərlə bərabər bu məsələni müzakirə edərək qarşıdakı 24 saat, ya da 48 saat ərzində bir qərar verəcəyik. Hələ ki, heç bir başqa məşqçi ilə müzakirə aparmamışıq. Ancaq Fatih Terimlə bağlı qərar versək, dərhal başqa məşqçilərlə danışıqlar başlaya bilər. Lazım olarsa. Ən yaxşı xarici, yaxud yerli baş məşqçi tapıla bilər. Mən heç kimdən inciməmişəm...”.

 

# 1850
avatar

Oxşar yazılar