Elnarə Tofiqqızının ekspertizasının yekun rəyi gələn həftə açıqlanacaq
17 oktyabr 2013 15:13 (UTC +04:00)

Elnarə Tofiqqızının ekspertizasının yekun rəyi gələn həftə açıqlanacaq

Sentyabrın 20-də Bakıdakı “MediSina” klinikasında süd vəzi kanalındakı əməliyyata hazırlıq zamanı dünyasını dəyişmiş tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyinin vaxtı açıqlanıb.

 

Lent.az-ın “Media forum” saytına istinadən xəbərinə görə, mərhumun həyat yoldaşı, jurnalist Anar Niftəliyev bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyi Mərkəzi Aparatının rəhbəri Ceyhun Allahverdiyevdən məlumat aldıqlarını deyib: “Ölüm faktı ilə bağlı ilkin rəyi hadisədən bir gün sonra açıqlayıblar, tibbi-yoxlama və analizlər davam etdirilir və yekun rəy qısa müddətdə hazır olacaq. Ceyhun Allahverdiyevin sözlərinə görə, ən geci oktyabrın 22-də Elnarənin ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyi rəsmən açıqlanacaq”.

 

Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin ilkin rəyində Elnarə Tofiqqızının ölümün səbəbi kimi həkimlərin məsuliyyətsizliyi göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar