Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək
17 iyul 2014 13:11 (UTC +04:00)

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyul ayının 25-də Qaxda vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib. Qəbulda Şəki, Mingəçevir şəhərləri, Qax, Ağdaş, Balakən və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcək.

 

Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar