Dövlət qoruğunda narkotik plantasiyası aşkarlandı
23 iyul 2014 10:28 (UTC +04:00)

Dövlət qoruğunda narkotik plantasiyası aşkarlandı

ETSN Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruq ərazisində operativ reyd keçirib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, reyd zamanı qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib.

 

Eyni zamanda sözügedən ərazidə nazirliyin əməkdaşıarı tərəfindən 1 ədəd çadır aşkarlanıb və ərazini sürətlə tərk edən bir nəfərin fotoşəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılıb, götürülmüş materiallar onlara təhvil verilib.
 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar