Departament rəisi Baş Prokurorluqda vəzifəyə təyin olundu
24 fevral 2014 17:38 (UTC +04:00)

Departament rəisi Baş Prokurorluqda vəzifəyə təyin olundu

0

Baş Prokurorluqda kadr dəyişikliyi olub. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun müvafiq əmri ilə baş ədliyyə müşaviri Məmmədov Nurəli Əmralı oğlu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, yuxarıda qeyd edilən idarəyə Kamal Qılıcov rəhbərlik edir. Nurəli Məmmədov isə daha əvvəl Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3356

Oxşar yazılar