İyulun 16-da Sumqayıtda dənizdə batan yeniyetmənin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə 2000-сi il təvəllüdlü Balaxan Namiq oğlu Gülməmmədov Sumqayıt şəhəri ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 8 km məsafədə, çimmək üçün təhlükəli nəzarət olunmayan ərazidə) batması barədə informasiya daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlnıb. B.Gülməmmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:20-də başa çatıb.