<b>Daha bir şəhidimiz Bakıda torpağa tapşırılıb</b>
05 aprel 2016 13:05 (UTC +04:00)

Daha bir şəhidimiz Bakıda torpağa tapşırılıb

 

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Müşviq Arif oğlu Orucov bu gün dəfn edilib.

 

APA-nın məlumatına görə, 1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib.

 

Şəhid Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Mərasimdə Zəngilan və Xətai rayon icra hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin zabitləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.

 

Sonra 3 dəfə yaylım atəşi açılıb.

 

Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.

 

Şəhid artası Arif Orucov qəhrəman oğlu ilə fəxr etdiyini deyib: “Oğlum hər zaman mənim başımı uca edib, son addımı ilə də nəinki ailəsinin, bütün Azərbaycanın başını uca etdi. Vətən və torpaq uğrunda can verilməlidir. Vətən sağ olsun! Təki işğal olunmuş torpaqlarımızı geri alaq və şəhidlərimizin qanı yerdə qalmasın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31