Cəlilabadda ağır qəza: 10 yaralı
26 sentyabr 2013 13:55 (UTC +04:00)

Cəlilabadda ağır qəza: 10 yaralı

Cəlilabadda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də saat 01 radələrində Cəlilabadın Ocaqlı kəndi ərazisində rayon sakinləri Zaur Əzizovun idarə etdiyi “VAZ-21013” və Cavid İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

 

Nəticədə hər iki maşının sürücüsü və avtomobillərdə olan sərnişinlər - Rza Abbasov, Nurlan Əzizov, Lalə Kərimova, Etibar Kərimov, İradə Quliyeva, Təhminə Abbasova, Sevinc Abbasova və Dünyaxanım İbrahimova xəstəxanaya müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar