Cəbhədə atışma, bir neçə erməni hərbçi yaralanıb
04 iyun 2013 14:34 (UTC +04:00)

Cəbhədə atışma, bir neçə erməni hərbçi yaralanıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin Kəlbəcər rayonu istiqamətində atışma olub.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Kəlbəcər rayonu istiqamətində ermənilərin mövqelərinə hücum edib. Döyüşlərdən sonra Azərbaycan hərbçiləri öz mövqelərinə çəkilib, itki barədə məlumat yoxdur.

 

Atışma zamanı erməni tərəfdən bir neçə hərbçi yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə hazırda ön xətdə vəziyyətin nəzarət altında olduğunu bildirib.

 

Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən isə APA-ya bildirilib ki, son bir neçə gündə Qarabağ cəbhəsində ermənilərin ön xəttə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirməsi müşahidə olunur. Eyni zamanda qarşı tərəf mühəndis istehkam maneələrini gücləndirir, mövqelərində möhkəmləndirmə işləri aparır.

 

Azərbaycan Müdafiə Nazirliyindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb. 

 

# 2596
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20