Biləsuvarda ağır yol qəzası: 2 ölü
10 mart 2014 13:27 (UTC +04:00)

Biləsuvarda ağır yol qəzası: 2 ölü

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Biləsuvar rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi şəhərin Mübariz İbrahimov küçəsində qeydə alınıb.


 

Biləsuvar rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Qubadov idarə etdiyi 44-BP-651 dövlət nömrə nişanlı, “VAZ 21-07” markalı avtomobillə yolu keçən piyada Anar Ərəstun oğlu Hüseynovu vurub və daha sonra maşını ağaca çırpıb.

 

Hadisə nəticəsində sürücü və piyada hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Müşfiq Mirsəlim oğlu Qılıncov xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1327

Oxşar yazılar