Bakının şimal girişi bağlandı
22 oktyabr 2013 10:01 (UTC +04:00)

Bakının şimal girişi bağlandı

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, magistralın həm paytaxt istiqamətinə gələn hissəsində, həm də əks hərəkət zolaqlarında müşahidə edilir. Tıxac Masazır qəsəbəsindən metronun 20 Yanvar stansiyasınadək ərazini əhatə edir və uzunluğu 5 kilometrə çatır. Eyni zamanda Xırdalan şəhərinə gedən istiqamətdə, Xırdalan dairəsi və ətraf yollarda da sıxlıq müşahidə edilir.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, tıxaca səbəb yolda nəqliyyatın sıx və intensiv hərəkət etməsidir. Tıxac hələ də uzanmaqda davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3489

Oxşar yazılar