Bakıda bir neçə gün əvvəl yol qəzasına düşmüş şəxs xəstəxanada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 23-ü saat 10:50 radələrində Şəhər şosesi Sabunçu körpüsünün üstündə Habil Əbilovun idarə etdiyi «Hino» markalı yük avtomobili ilə Sərtib Kazımovun idarə etdiyi «VAZ 2107» markalı avtomobil toqquşub. S.Kazımov aldığı xəsarətdən noyabrın 28-də xəstəxanada ölüb. Bundan başqa noyabrın 27-si saat 18:30 radələrində Yasamal rayonu A.Şərifzadə küçəsində Bakı şəhər sakini Sənan Abasquliyev idarə etdiyi «VAZ 21074» markalı avtomobillə Orxan Cəfərlini vurub. O.Cəfərli aldığı xəsarətdən noyabrın 28-də Kliniki Tibbi Mərkəzdə ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.