Bakıda tələbə qız faciəvi şəkildə öldü - TƏFƏRRÜAT
16 yanvar 2014 10:22 (UTC +04:00)

Bakıda tələbə qız faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

0

Bakı şəhərinin Xətai rayonu ərazisində gənc qız faciəvi şəkildə ölüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 16-na keçən gecə A.Qurbanov küçəsi 25 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Aynur Süleymanlı hamam otağında dəm qazından boğulub. A.Süleymanlı saat 23 radələrində hamam otağına gedib. Bundan 5-6 saat sonra onun valideynləri oyanıb və qızı yerində tapmayıblar. Onlar hamama baxdıqda 21 yaşlı A.Süleymanlının artıq keçindiyini görüblər.

 

Qeyd edək ki, A.Süleymanlı Bakı Sənaye Pedaqoji Kollecinin tələbəsi olub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8111

Oxşar yazılar