Bakıda sex yandı, iki qadın zəhərlənib
22 iyul 2014 19:03 (UTC +04:00)

Bakıda sex yandı, iki qadın zəhərlənib

Bakının Nizami rayonunda vətəndaşa məxsus boya sexində yanğın hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı ümumi sahəsi 12 kv.m olan boya sexinə bitişik olan çörəkbişirmə sexində işləyən, şəxsiyyətləri məlum olmayan iki qadın tüstüdən zəhərlənib.

 

Onlar Təcili Yardım Xidmətinə təhvil veriliblər. Obyektlər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar