Bakıda qardaş qardaşının qanını tökdü
25 sentyabr 2013 10:56 (UTC +04:00)

Bakıda qardaş qardaşının qanını tökdü

Sentyabrın 23-də axşam saatlarında Bakının Suraxanı rayonunda qardaş qardaşını bıçaqlayıb. Lent.az-ın məlumatına görə, bu barədə Suraxanı Rayon Polis İdarəsi 30-cu polis bölməsindən anspress-ə bildirilib. Hövsan qəsəbəsində yaşayan 30 yaşlı Abbas Tacəddin qardaşı 29 yaşlı Fərid Tacəddini bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər Abbasın həyatını xilas ediblər.

Polisdən verilən məlumata görə, hadisə baş verən ailədə tez-tez münaqişələr olur. Dünən baş verən hadisəyə gəlincə, Fərid evdə maqnitofonun səsini yüksək veribmiş. Qonşuları şikayət edib. Abbas isə kiçik qardaşından səsi azaltmağı xahiş edib. Nəticədə qardaşlar arasında münaqişə baş verib. Əsəblərini cilovlaya bilməyən Abbas bıçağı qardaşının sol döş qəfəsinə sancıb. Xoşbəxtlikdən bıçağın yarası dərin olmayıb və zərbə ürəyə qədər işləməyib. Hazırda Fəridin həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, ölümdən dönən qardaş Abbasdan şikayətçi olmayıb.

 

# 1372
avatar

Oxşar yazılar