Bakıda qadını soyan quldur tutuldu
04 may 2013 11:28 (UTC +04:00)

Bakıda qadını soyan quldur tutuldu

 

 Bakı şəhərində qadını döyərək onun pulunu alan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 23-də M.Hadi küçəsində yaşayan Zülfiyyə Ağayeva 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 19-da və 22-də Röyal adlı tanışı onu evində döyüb, bıçaqla hədələyərək qızıl-zinət əşyaları və 2 800 manatını alıb.

 

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Saatlı rayon sakini Röyal Məmmədov mayın 3-də tutulub.

# 861
avatar

Oxşar yazılar