Bakıda özünə qəsd edən gənc xəstəxanada ölüb
24 fevral 2014 16:44 (UTC +04:00)

Bakıda özünə qəsd edən gənc xəstəxanada ölüb

0

Bakıda 4 gün əvvəl özünü bıçaqlayan oğlan ölüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1993-cü il təvəllüdlü Ehtiram Etibar oğlu Əbilov fevralın 20-də ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə  yerləşdirilib. E. Əbilov bu gün günorta saatlarında xəstəxanada dünyasını dəyişib.

 

Polisdən həmçinin bildirilib ki, E. Əbilov özünü intihar məqsədi ilə bıçaqlayıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma ararılır.

 

Qeyd edək ki, E. Əbilov fevralın 20-də Səbail rayonunun Salyan yolu küçəsi-83 A ünvanında özünü bıçaqlayıb.

 

İlkin məlumatda E. Əbilovun naməlum şəraitdə bıçaqlandığı bildirilib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1586

Oxşar yazılar