Bakıda oteldə silahlı quldurluq
25 fevral 2014 11:01 (UTC +04:00)

Bakıda oteldə silahlı quldurluq

0

Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə  hədələyərək  ondan 5547 manat və 3405 ABŞ dollar alıblar. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Camalov tutulub. Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1847

Oxşar yazılar