Bakıda məktəbin həyətindən meyit tapılıb
28 noyabr 2013 11:19 (UTC +04:00)

Bakıda məktəbin həyətindən meyit tapılıb

Noyabrın 28-nə keçən gecə Bakının Binəqədi rayonu ərazisində meyit tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 6-cı mikrorayonda yerləşən 30 saylı məktəbin həyətində 50-55 yaşlı kişi koma halında tapılıb. Komaya düşməzdən əvvəl o başına yığılmış şəxslərə adının Arif olduğunu bildirib. Əfəndiyev adına 2 saylı xəstəxanaya gətirilən kişinin artıq keçindiyi məlum olub.

 

Hazırda faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378

Oxşar yazılar