Bakıda maskalılar şirkətə basqın edib pulla dolu seyfi apardılar
23 iyul 2014 12:17 (UTC +04:00)

Bakıda maskalılar şirkətə basqın edib pulla dolu seyfi apardılar

İyulun 3-də Bakıda törədilmiş quldurluq əməlinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, K.Rəhimov küçəsində yerləşən “Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs açıq qapıdan daxil olmaqla 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb mühasibat otağından, içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıb. Nərimanov RPİ CAŞ, TŞX və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub, cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3305

Oxşar yazılar