Bakıda maşın 48 yaşlı qadını vuraraq öldürüb
25 fevral 2014 10:33 (UTC +04:00)

Bakıda maşın 48 yaşlı qadını vuraraq öldürüb

0

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş  verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi  Məhəmməd Hadi küçəsi - 66-nın qarşısında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Cəlal Qorxmaz oğlu Məhərrəmov idarə etdiyi 90-LZ-586 dövlət nömrə nişanlı “VAZ 21-07” markalı avtomobillə yolu keçən piyada - Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Gülnarə Davud qızı Qurbanovanı vurub.

 

G. Qurbanova xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 812

Oxşar yazılar