Bu gün Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Şahmarlı İsa Elşad oğlu Yasamal rayon İslam Səfərli küçəsi 59 ünvanındakı ofisdə özünü asaraq intihar edib. onun asılı vəziyyətdə qalmış meyitini ilk olaraq ofisin əməkdaşları aşkarlayıb və təcili tibbi yardıma məlumat veriblər.
Bildirilir ki, İ.Şahmarlının ailəsi Xəzər rayon Binə qəsəbəsində yaşayır. 21 yaşlı oğlan vaxtaşırı ailəsi ilə birlikdə gecələsə də, çox vaxt axşamları da ofisdə qalırmış.
Hadisə ilə bağlı toplanmış materiallar əsasında yaxın saatlarda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılacaq.
******
22.01.2014 / 16:09
Bakıda homoseksual gənc özünü öldürüb
Bu gün saat 14 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1993-cü il təvəllüdlü İsa Şahmarlı özünü İslam Səfərli küçəsində evdə bayraqdan asıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, intihar edən gənc Azərbaycanda homoseksualların hüquqlarını müdafiə edən Azad LGBT təşkilatının sədridir. O, bir neçə il əvvəl gey olduğunu ailəsinə və dostlarına bildirib.