Bakıda hərbi hissədə həyəcanlı anlar
04 iyun 2013 10:46 (UTC +04:00)

Bakıda hərbi hissədə həyəcanlı anlar

İyunun 4-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən hərbi hissələrdən birində yanğın hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissənin yataqxanasında yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Gecə saatlarında yanğın tamamilə söndürülüb.

 

Hadisə vaxtı xəsarət alan olmayıb. Faktla əlaqədar aidiyatı qurumlar araşdırmalar aparılır.

# 4272
avatar

Nizam Rza

Oxşar yazılar