Bakıda avtomobili qaçırıb qəza törətdilər
08 aprel 2014 11:01 (UTC +04:00)

Bakıda avtomobili qaçırıb qəza törətdilər

Bakıda qaçırılmış avtomobillə qəza törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 7-nə keçən gecə, İ.Hacıyev küçəsindən Xıdır Vəliyevə məxsus «VAZ-2103» markalı avtomobil qaçırılıb. Saat 03:45 radələrində Bakı-Ələt yolunun 28-ci km-də Sahil qəsəbəsi ərazisində həmin avtomobil maneəyə dəymiş vəziyyətdə aşkar edilib. Binəqədi RPİ 4-cü PB və Qaradağ RPİ PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran şəxslər: Bakı sakinləri Sərxan Hüseynov və Məmməd Məmmədov tutulub.

 

Müəyyən olunub ki, onlar sonuncu cinayətdən əvvəl də iki dəfə avtomobil qaçırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar