Bu gün Bakının Qaradağ rayonunda yük avtomobili aşıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı-Ələt yolunun Qobustan qəsəbəsindən keçən hissəsində, Nəqliyyat Departamentinin postu ilə üzbəüz ərazidə “Ford Tranzit” markalı orta tutumlu yük avtomobili aşıb. Maşında olan xeyli portağal yola dağılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, Nəqliyyat Nazirliyinin əməkdaşları Lənkərandan Bakıya sitrus meyvələrinin daşınması ilə məşğul olan avtomobili saxlatdırıblar. Bu zaman arxadan gələn digər yük maşını “Ford Tranzit”ə dəyib. Xoşbəxtlikdən ölən və ya ciddi xəsarət alan olmayıb.