AMEA-nın baş elmi işçisi məktub yazıb intihar etdi – YENİLƏNİB-TƏFƏRRÜAT
04 iyun 2013 16:58 (UTC +04:00)

AMEA-nın baş elmi işçisi məktub yazıb intihar etdi – YENİLƏNİB-TƏFƏRRÜAT

 

İyunun 3-də Bakı şəhərinin Sabunçu rayonunda intihar etmiş 52 yaşlı kişi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı imiş. Lent.az-ın əldə etdiyi məlumata görə, Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyova küçəsi ev 16, mənzil 36 ünvanında intihar edən 1961-ci il təvəllüdlü Talıbov Şahlar Talıb oğlu AMEA-nın Zoologiya İnstitutunun baş elmi işçisi olub. O, intihar etməzdən əvvəl yaxınlarına məktub da yazıb. Burada Ş.Talıbov həyatdan bezdiyini, maddi vəziyyətinin çətinliyini və s. barədə qeyd edib.

 

AMEA-nın Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov Lent.az-a bildirib ki, Ş.Talıbov həqiqətən də institutun baş elmi işçisi olub. İ.Ələkbərov onu da qeyd edib ki, ona elmi işçinin öz əcəli ilə ölməsi məlumatını veriblər.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

 

 

 

 

*****

 

9:36

 

 

Oxşar hadisə Sabunçu rayonunda da baş verib. Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyova küçəsi ev 16, mənzil 36 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Talıbov Şahlar Talıb oğlu özünü asaraq intihar edib. Onun meyiti mənzilin yataq otağında pəncərənin cəftəsindən asılı vəziyyətdə tapılıb.

 

 

# 7485
avatar

Nizam Rza

Oxşar yazılar