Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var - YENİLƏNİB
09 yanvar 2018 11:45 (UTC +04:00)

Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var - YENİLƏNİB

 

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasının marşrut avtobusu tərəfindən törədildiyi məlum olub. Lent.az xəbər verir ki, dünən Xətai rayonu Məzahir Rüstəmov küçəsində ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, 1939-cu il təvəllüdlü Sabir Bədəlovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

*****

 

10:15

 

Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az xəbər verir ki, Xətai rayonu Məzahir Rüstəmov küçəsində "Daewoo" markalı, 90 HS 684 dövlət nömrə nişanlı avtomobil 79 yaşlı kişini vurub öldürüb.

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırıma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277

Oxşar yazılar