Bakıda 25 yaşlı yol polisi faciəvi şəkildə öldü
17 avqust 2013 14:23 (UTC +04:00)

Bakıda 25 yaşlı yol polisi faciəvi şəkildə öldü

Bakıda yol polisi xidmət vaxtı qəfil ölüb. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayon Polis İdarəsində baş verib. Bakı şəhər Yol Polis İdarəsinin əməkdaşı, polis serjantı qəflətən dünyasını dəyişib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, ölən polis nəfəri 1988-ci il təvəllüdlü Mayılov Emin Mehralı oğlu olub. O ürək çatışmazlığından dünyasını dəyişib. E.Mayılov avqustun 15-də 25 yaşını tamam edibmiş. 

# 8230
avatar

Nizam Rza

Oxşar yazılar