Bakı-Qazax yolunda yük maşını aşıb
16 oktyabr 2013 02:36 (UTC +04:00)

Bakı-Qazax yolunda yük maşını aşıb

Bakı-Qazax yolunda ötən gün axşam saatlarında yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 274-cü kilometrliyində Ağdaş rayonu ərazisində "Mercedes" markalı yük avtomobili aşıb.

 

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 22:05-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar