Azərbaycanlı qadın biznesmen oteldə öldü
23 iyul 2014 11:58 (UTC +04:00)

Azərbaycanlı qadın biznesmen oteldə öldü

Azərbaycandan Pakistana gedən qadın biznesmen bu ölkədəki otellərdən birində ölü tapılıb. Lebt.az-ın virtualaz.org-a istinadən məlumatına görə, qadının cəsədi Kəraçidəki Saddar otelində aşkar edilib.

 

Bildirilir ki, Mustafayeva soyadlı qadın iyulun 17-də biznes məqsədi ilə Azərbaycandan Kəraçiyə gedib və iyulun 23-də geriyə qayıtmaq üçün bileti olub. Pakistan polisindəki mənbə qeyd edib ki, qadının qaldığı oteldə ölü tapıldığı barədə məlumatı polisə otel meneceri verib. Otaq xidməti Mustafayevanın qaldığı otağa daxil olanda qadının cəsədi ilə qarşılaşıb. Polis bildirib ki, qadının cəsədi mülki xəstəxanaya aparılıb və orada həkimlər ölümün ürək tutmasından baş verdiyi qənaətinə gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055

Oxşar yazılar