Azərbaycanda kişi həyat yoldaşını döyərək öldürüb - YENİLƏNİB
16 yanvar 2014 14:49 (UTC +04:00)

Azərbaycanda kişi həyat yoldaşını döyərək öldürüb - YENİLƏNİB

0

Bakıda kişi həyat yoldaşını döyərək qətlə yetirib.


 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə  ötən gün rayonun Çiçək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Günel Aslan qızı Məmmədovanı döyərək ağır bədən xəsarətləri yetirib.

 

G. Məmmədova bu gün səhər aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Hadisəni törədən Ə. Məmmədov tutulub.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2218

Oxşar yazılar