Azərbaycanda daha iki nəfər suda batıb
22 iyul 2014 16:47 (UTC +04:00)

Azərbaycanda daha iki nəfər suda batıb

Bu gün ölkənin müxtəlif yerlərində iki nəfər suda boğulub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisələrdən biri Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində, digəri isə  Astara rayonunda dəniz sahilində qeydə alınıb.

 

Hər iki şəxsin axtarışları Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.

 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992

Oxşar yazılar