Azərbaycanda daha bir doğuş faciəsi: ana öldü, övladı qaldı
04 iyun 2013 09:43 (UTC +04:00)

Azərbaycanda daha bir doğuş faciəsi: ana öldü, övladı qaldı

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib. Mingəçevir şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Şaiq küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Tağıyeva Günel Şahlar qızının doğuş zamanı vəziyyəti pisləşib. Əməliyyat yolu ilə övladını dünyaya gətirən qadın şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

G.Tağıyevanın dünyaya gətirdiyi uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

 

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.

# 4307
avatar

Nizam Rza

Oxşar yazılar