Azərbaycan və Ermənistan qadınları arasında görüş olacaq
29 noyabr 2013 14:09 (UTC +04:00)

Azərbaycan və Ermənistan qadınları arasında görüş olacaq

“Mən APA İnformasiya Agentliyinə açıqlamamda fikrimi düzgün ifadə etməmişəm. İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş keçirilməyəcək”. Bunu APA-ya açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

 

Novella Cəfəroğlu deyib ki, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzinin təşkilatçılığı ilə 1-5 dekabr tarixlərində İstanbulda Qarabağın azərbaycanlı və erməni icması arasında yox, Azərbaycan və Ermənistandan olan qadınlar arasında görüş olacaq.

 

Qeyd edək ki, Novella Cəfəroğlu noyabrın 27-də APA-ya açıqlamasında bildirib ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzi 1-5 dekabr tarixlərində İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş təşkil edəcək. Görüşün nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanmış məktub hazırlanacaq, məktubun mahiyyəti daha sonra açıqlanacaq. Məktub gələn ilin yanvar ayında Vyanada keçirilən görüş zamanı həmsədrlərə çatdırılacaq. Yanvar ayında Brüsseldə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşdə də ona bu məktub təqdim olunacaq.

 

İstanbulda keçiriləcək görüşdə Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Qadınların Rasional İnkişaf Birliyinin sədri Rəna Tahirova, “Yuğa” Gənclər Təşkilatının sədri Pərvanə Məmmədova da iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı

Laçında ağır qəza, 3 ölü, 1 yaralı

26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar  tam söndürüldü

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

26 iyul 2025 , 20:17
Əkin sahələrini yandıranlar  saxlanıldı

Əkin sahələrini yandıranlar saxlanıldı

26 iyul 2025 , 20:11